24 C
Baku
Wednesday, July 3, 2024

Ötən il İraqdan Azərbaycana pul köçürmələr 7 dəfə artıb

2023-cü ildə İraqdan Azərbaycanda fiziki şəxslərə pul köçürmələrin həcmi 7 dəfəyə yaxın artıb.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının statistikasında bildirilir.

Belə ki, bu ölkədən Azərbaycandakı daxil olmuş fiziki şəxslərin pul baratlarının həcmi 16.59 milyon ABŞ dolları və ya 577% artaraq 19.46 milyon dollar təşkil edib.

2022-ci ildə bu rəqəm 2.87 milyon dollar təşkil edirdi.

Qeyd edək ki, xaricdən Azərbaycandakı fiziki şəxslərə pul köçürmələrinin həcmi illik 54 faiz azalaraq 1 mlrd. 654.81 mln. dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər