2023-cü ildə 1196 Gürcüstan vətəndaşı qanuni yolla işləmək üçün xarici ölkələrə gedib.
1193 nəfər Almaniyada, 3 nəfər isə İsraildə işlə təmin olunub.
Gürcüstan hökuməti ölkədə işsizlik səviyyəsinin yüksək olması səbəbindən 2021-ci ildə öz vətəndaşlarını qanuni yolla müxtəlif ölkələrə işləmək üçün göndərmək qərarı verib.