9 C
Baku
Thursday, December 12, 2024

Ötən il istiqrazlar vasitəsilə dövlət büdcəsinə 2 406 mln. manat vəsait daxil olub

2022-ci il ərzində nominal üzrə yerləşdirilmiş istiqrazların məbləği 2507.2 mln. manat təşkil edib. Yerləşdirilmiş istiqrazlar üzrə dövlət büdcəsinə 2406.7 mln. manat daxil olub ki, bundan da əvvəlki illərdə buraxılmış istiqrazlar üzrə 838.4 mln. manat (əsas borc) geri ödənilib.

Bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi”ndə əksini tapıb.

Qeyd edək ki, yerdə qalan 1568.3 mln. manatın 976.3 mln. manatı büdcə kəsirinin maliyyələşdirilməsinə, 592 mln. manatı isə konvertasiya edilərək xarici dövlət borcunun əsas məbləğinin ödənilməsinə yönəldilib.

Xatırladaq ki, 01.01.2023-cü il tarixinə dövlət istiqrazları üzrə borcun ümumi məbləğinin keçən ilin eyni dövrünə nisbətdə 1681.1 mln. manat artaraq 4188.2 mln. manat təşkil edib və hesabat ili ərzində yerləşdirilmiş istiqrazlar üzrə yaranmış faiz xərcləri 238.5 mln. manata bərabər olub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər