8 C
Baku
Friday, April 11, 2025

Ötən il İtaliyaya 9,7 milyard kubmetr Azərbaycan qazı nəql edilib

Ötən il İtaliyaya 9,7 milyard kubmetr Azərbaycan qazı təchiz edilib.

Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bildirib ki, İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirinin müavini Vannia Qava ilə görüşüb.

Görüşdə qaz təchizatı, enerji əməkdaşlığının prioritetlərini, həmçinin Hökumətlərarası Komissiyanın iclası ilə bağlı məsələləri müzakirə edilib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər