1 C
Baku
Saturday, December 14, 2024

Ötən il kənd təsərrüfatı məhsullarının istehsal həcminin dəyəri 3.4% artıb

2022-ci ilin statistikasına nəzər yetirsək ölkə üzrə aqrar sahənin strukturunda bitkiçilik sektorunun payı 52.3%, heyvandarlıq sektorunun payı isə 47.7% olduğu kənd təsərrüfatı məhsullarının istehsal həcmi faktiki qiymətlərlə dəyəri 10.98 mlrd. manatdır ki, faizlə ifadə etsək 3.4% artıb və bununla da kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda yaradılan əlavə dəyərin ölkənin ÜDM-də payı 4.8% olub.

Bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova “Aqrobiznesin inkişafı forumu”nda çıxışı zamanı bildirib.

“Bitkiçilik sektoru üzrə payızlıq əkin sahəsi 2.8 % artıb. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə toplanılan sığorta haqları 2021-ci illə müqayisədə 137 % artıb. Bir başqa müsbət göstərici də heyvandarlıq sahəsi üzrə müşayiət olunur. Belə ki, ət istehsalı 2.9%, süd istehsalı 1.9%, süni mayalanma yolu ilə alınmış yüksək məhsuldar buzovlar 4.6%, yumurta istehsalı 8% artıb. Arıçılıq sahəsində əlverişli şərait və göstərilən dövlət dəstəyi nəticəsində istehsal həcmi artıb və ölkə üzrə tələbat tam ödənilib”,- deyə İlhamə Qədimova əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər