16 C
Baku
Thursday, May 2, 2024

Ötən il maliyyə hesabatlarında 1.3 milyard manatlıq təhrif aşkarlanıb

2023-cü ildə Hesablama Palatası apardığı nəzarət tədbirləri nəticəsində maliyyə hesabatlarında 2022-ci illə müqayisədə 57 % çox – 1 milyard 252,6 milyon manatlıq təhrif aşkar edib.

Bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

Sənəddə deyilir ki, maliyyə hesabatlılığı sahəsində müəyyən edilən nöqsanları iki qrup üzrə təsifləşdirmək olar. 1-ci qrupa maliyyə hesabatlarında məlumatların əks etdirilməməsi halları kimi əhəmiyyətli təhriflər, 2-ci qrupa isə mühasibatlıq prinsiplərinə əməl edilməməsi, mühasibat yazılışlarının doğru verilməməsi nəticəsində məbləğlərin düzgün və müvafiq istiqamətdə əks olunmaması halları aid edilib.

Təhrif məbləği 1-ci qrup üzrə 661,5 milyon manat, 2-ci qrup üzrə isə 591,1 milyon manat təşkil edib. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 17,2 % və 2,5 dəfə çoxdur.

Maliyyə hesabatlılığı və mühasibat uçotu üzrə yol verilmiş əhəmiyyətli təhriflərin əsas istiqamətlərinə aktivin uçot alınmaması və yaxud birbaşa xərcə silinməsi, öhdəliyin uçota alınmaması, gəlir və xərclərin tanınmaması, digər təhriflərə isə maliyyə hesabatlarının elementlərinin büdcə daxilində düzgün təsnifləşdirilməməsi, hesabatlar arasında fərqlər daxildir.

MənbəREPORT
Son xəbərlər
 ⁠
Digər xəbərlər