4 C
Baku
Friday, March 29, 2024

Ötən il MBNP maliyyə sektoru üzrə borc statistikasını AMB-yə təqdim etməyib

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən məcmu xarici borc statistikasının eksperimental variantı hazırlanıb.

Banker.az bildirir ki, bu barədə AMB-nin 2017-ciil üçün illik hesabatında deyilir.
2017-ci il ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Beynəlxalq standartlara uyğun xarici borc və beynəlxalq investisiyalar statistikasının təşkili, ümumiləşdirilməsi və yayılması mexanizmlərinin təkmilləşdirilməsi haqqında” 2015-ci il 22 aprel tarixli 118 nömrəli qərarına uyğun olaraq dövlət və dövlət təminatlı xarici borc məlumatları Maliyyə Nazirliyindən, neft-qaz sektoru üzrə borc məlumatları ölkədə fəaliyyət göstərən neft-qaz şirkətləri və neft-qaz konsorsiumları tərəfindən, qeyri-dövlət sektoru üzrə müvafiq məlumatlar isə Dövlət Statistika Komitəsindən Mərkəzi Banka təqdim olunub, maliyyə sektoru üzrə borc statistikası isə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən təqdim olunmadığı üçün Mərkəzi Bank alternativ olaraq bu göstəriciləri banklardan alınan rəqəmsal balans əsasında qiymətləndirib və məcmu xarici borc statistikasının eksperimental variantı hazırlanıb.

©Report

Son xəbərlər
Digər xəbərlər