Vaşinqtonun NATO-dakı müttəfiqləri 2024-cü ildə ABŞ-dən təxminən 21 milyard dollar dəyərində müxtəlif silahlar alıblar.
Bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitakerin yazılı bəyanatında deyilir.
Onun fikrincə, ABŞ silah istehsalı sahəsində yeniliklərə görə müttəfiqlərini qabaqlayır: “Bu baxımdan alyans etibarlı çəkindirməni təmin etmək üçün müdafiə sektorunda, o cümlədən süni intellektlə bağlı Amerika texnologiyalarına etibar etməlidir”.
İyunun 24-25-də Haaqada keçirilən NATO sammitinin yekunları üzrə qəbul edilən kommünikeyə əsasən, təşkilata üzv ölkələrin liderləri müdafiə xərclərini ÜDM-in 5%-ə qədər artırmaq barədə razılığa gəliblər.