10 C
Baku
Wednesday, December 11, 2024

Ötən il Naxçıvanda hüquqi və fiziki şəxslərin kreditləşməsi 25%-dən çox artıb

2020-ci ildə Naxçıvanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 179 milyon 473 min manat kredit verilib.

Banker.az Yerli Statistika İdarəsinin hesabatına istinadən xəbər verir ki, bu, bir il öncəki göstəricidən 25.3% çoxdur.

Belə ki, verilmiş kreditlərin 18 milyon 893 min manatı və yaxud 10.5 faizi qısamüddətli, 160 milyon 580 min manatı və yaxud 89.5 faizi isə uzunmüddətli kreditlər olub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında ölkənin digər iqtisadi rayonları ilə müqayisədə bank sektoru üzrə verilən kreditlərin ən aşağı orta faiz dərəcəsi tətbiq edilir.

 

Son xəbərlər
Digər xəbərlər