6 C
Baku
Wednesday, January 15, 2025

Ötən il Naxçıvanda kənd təsərrüfatı istehsalı 2% artıb

2024-cü ildə Naxçıvan Muxtar Respublikasında 382 milyon 206 min 200 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.

Bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2023-cü illə müqayisədə muxtar respublikanın kənd təsərrüfatının ümumi məhsulu istehsalı 2% artıb.

Bunun 208 milyon 673 min 100 manatı bitkiçilik sahəsi üzrə, 173 milyon 533 min 100 manatı isə heyvandarlıq sahəsi üzrə olub. Ötən illə müqayisədə bitkiçilik məhsulları istehsalı 2,3%, heyvandarlıq məhsulları istehsalı 1,6% artıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər