11 C
Baku
Sunday, November 17, 2024

Ötən il Naxçıvanda keçirilən satınalmaların toplam dəyəri ₼59.2 milyon olub

Dövlət satınalmaları sahəsində nəzarət tədbirlərinin nəticəsi kimi 9.5 milyon manat və ya 16 faiz dövlət vəsaitinə qənaət edilib. Qənaətin 92.5 faizi açıq tender, 0.3 faizi təkliflər sorğusu, 7.2 faizi isə kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda əldə olunub.

Bunu Naxçıvanda keçirilən “Dövlət satınalmaları haqqında” yeni Qanununun tətbiqi ilə bağlı tədbirdə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov deyib.

Ötən il ərzində dövlət satınalmaları sahəsində görülən işlər barədə danışan Abbas İsmayılov qeyd edib ki, satınalma prosedurlarının nəticələrinə dair satınalan təşkilatlardan daxil olan 534 yekun protokolun 8.8 faizində nöqsanlar aşkar edilib və bununla əlaqədar həmin satınalmaların nəticələri ləğv edilib:

“2023-cü ildə muxtar respublikada keçirilən satınalmaların toplam dəyəri 59.2 milyon manat olub ki, bu da ötənilki büdcə xərclərinin 10 faizindən çoxunu təşkil edib. 2023-cü ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən muxtar respublikada dövlət satınalmalarında iştirak edən tərəflərin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə iki təlim keçirilib, 250-yə yaxın dövlət müəssisə və təşkilat iştirak edib”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər