1 C
Baku
Wednesday, January 21, 2026

Ötən il ölkəyə gətirilən maşınların sayı 123 mindən çox oldu – 2.4 milyard dollarlıq idxal

2025-ci ildə Azərbaycan 2 milyard 387 milyon dollar dəyərində 123 319 ədəd cəmi avtomobil idxal olunub.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı məbləğ ifadəsilə 29.4%, miqdar ifadəsilə 34.3% artıb.

O cümlədən, 2024-cü ildə isə Azərbaycana 1 milyard 844 milyon dollar dəyərində 91 838 ədəd cəmi avtomobil gətirilib.

Ötən il Azərbaycana minik avtomobillərinin idxalı 113 840 ədəd ikən, əvvəlki ildə 82 434 ədəd təşkil edib. Belə ki, əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobillərinin sayı illik müqayisədə 38% artıb.

Son xəbərlər
Digər xəbərlər