15 C
Baku
Friday, May 3, 2024

Ötən il qeyri-neft sektoru üzrə dövriyyə 22.6 % artıb

Ötən il qeyri-neft sektoru üzrə dövriyyədə 22.6 % artım qeydə alınıb.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda keçirilən konfransda deyib.

O, bildirib ki, qeyri-neft sektorunda ƏDV üzrə dövriyyənin həcmində artım 21.7 % olub:

“Eyni zamanda elektron qaimə-faktura üzrə dövriyyənin həcmində də 26 % artım müşhadiə edilib. Ötən il aktiv vergi ödəyicilərinin sayı 7 %, aktiv ƏDV ödəyicilərinin sayı 15.1 %, aktiv obyektlərin sayı 3.2 %, artıb. Bu ilin yanvar ayında isə 712 min vergi ödəyicisi qeydiyyata alınıb”.

O. Nəzərli qeyd edib ki, 2019-2022-ci illərdə qeyri-neft özəl sektorunda bağlanmış əmək müqavilələrinin sayı 291 min 435 olub: “Özəl sektorun cəmi əmək müqavilələrində xüsusi çəkisi 47.6 % olub. Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində büdcədən ayırmalar 2018-2022- ci illər arasında 36 %-dən 20 %-ə doğru dəyişib, yəni 16 faiz bəndi azalma olub”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər