17 C
Baku
Monday, April 29, 2024

Ötən il qızılın bahalaşması ARDNF-ə $1.31 mlrd. qazandırıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 101.8 tonluq qızılının qiyməti açıqlanıb.

Banker.az xəbər verir ki, 2023-cü ilin əvvəlində qızılın bir unsiyası 1 824 dollar olduğu halda, ilin sonuna 2 064 dollar olub. Bu da bir unsiyanın 2023-cü ildə 240 dollar və ya 13% bahalaşmasıdır.

Qızılın qiyməti 2023-cü ilin dekabrında ABŞ Federal Ehtiyat Sisteminin 2024-cü il üzrə faizlərlə bağlı yumşalmaya gedəcəyi siqnalından sonra bahalaşaraq 2 136 dollarlıq tarixi maksimumu yeniləmişdi.

ARDFN-in qızılının ümumi dəyəri 6 mlrd. 752.1 milyon ABŞ dolları olub. 2023-cü ilin əvvəlində qızılın dəyəri 5 mlrd. 444.9 mln. dollar idi. Fond qızıl investisiyasının qiymət sarı metalın bahalaşmasından 2023-cü ildə 1 mlrd. 307.2 mln. dollar (24%) artıb.

Qızılın bir tonu 32 000 unsiya təşkil edir. Bu da o deməkdir ki, ARDNF-ın qızılının həcmi 3 257 600 unsiyadır. Bu da o deməkdir ki, Fond qızılın bir unsiyasını ortalama 2 073 ABŞ dolları ilə hesablayıb.

tvc ec63654fb3c85218e47a9d8200c7ee92

Son xəbərlər
 ⁠
Digər xəbərlər