1 C
Baku
Saturday, December 14, 2024

Ötən il Rusiyada yumurtanın qiyməti 36% artıb

2023-cü ilin 11 ayı ərzində ümumilikdə Rusiyada toyuq yumurtasının qiymətləri 36% artıb.

Bu barədə Rusiyanın Dövət Statistikası Federal Xidməti (Rosstat) məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Krım Respublikası, Penza vilayəti kimi regionlarında yumurtanın qiyməti 60%-dən çox artıb. Bununla belə, qiymətlərin az artdığı regionlar da var. Bunlar Kamçatka diyarı (0,77%) və Maqadan vilayətidir (2,96%).

Qeyd edək ki, Rusiya hökuməti problemi həll etmək üçün Türkiyə və Azərbaycandan yumurta idxal etməyə qərar verib. Artıq Azərbaycandan üç, Türkiyədən isə bir partiya yumurta idxal edilib.

Son xəbərlər
Digər xəbərlər