2022-ci ildə Rusiya Federasiyasından Azərbaycana pul kökçürümələrinin həcmi 2 mlrd. 969.44 mln. dollar təşkil edib ki, buda ümumi köçürmələrin 82%-ni təşkil edir.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-cü il üzrə fiziki şəxslərin pul baratları barədə məlumatda qeyd edilir.
Öncəki ildə Rusiyadan Azərbaycana 623.06 mln. dollar pul köçürmələrinin həyata keçməsini nəzərə alsaq illik 5 dəfə artımdır.
Azərbaycanda Rusiyaya əhali tərəfindən pul trasnferlərinin həcmi 23% azalaraq 90.44 mln. dollar olub.
Qeyd edək ki, 2022-ci ildə xaricdən Azərbaycan əhalisinə xaricdən pul köçürmələri illik müqayisədə 3 dəfə artaraq 3 mlrd. 620.12 mln. dollar, Azərbaycandan xaricə isə 0.5% artaraq 664.8 mln. dollar olub.