Ötən il Rusiyaya 327,9 min Azərbaycan vətəndaşı səfər edib.
Bu barədə Rusiyanın Turoperatorları Assosiasiyası məlumat yayıb.
Bildirilib ki, postsovet məkanından ümumilikdə 11 milyon ölkəni ziyarət edib. Rusiyaya ən çox Qazaxıstan (2,5 milyon), Ukrayna (2,4 milyon) və Özbəkistan (2,1 milyon) vətəndaşları səfər edib. Eyni dövr ərzində Tacikistandan 1,6 milyon, Ermənistandan 491,6 min, Belarusdan isə 289,3 min vətəndaş bu ölkəyə səfər edib.
Assosiasiyanın məlumatına görə, ölkəyə gələnlərin sayında pandemiya dövrü ilə müqayisədə artım müşahidə olunsa da, pandemiyaöncəsi ilə qarşılaşdırdıqda bu göstərici 2,5 dəfə azdır.
Qeyd olunub ki, bu rəqəmlərə Rusiyaya müxtəlif məqsədlərlə (turizm, iş və s.) səfər edənlər daxildir.