2 C
Baku
Sunday, December 15, 2024

Ötən il “Şimal-Cənub” dəhlizi vasitəsilə yükdaşımaların həcmi 17 % artıb

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükdaşımaların həcmi təxminən 17 % artıb.

Bunu Mineralnıye Vodıda keçirilən XII Rusiya-Azərbaycan regionlararası forumunda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev bildirib.

Ş.Mustafayev deyib ki, bu dəhliz ötən il Rusiya və Azərbaycan əraziləri vasitəsilə Cənubi Asiyadan Avropaya yüklərin daşınması üçün optimal imkanların yaradılmasına yönəlib.

O, həmçinin iki ölkə arasında ikitərəfli yükdaşımaların ümumi həcmi 11 faizdən çox artdığını bildirərək ikitərəfli əməkdaşlığımızın uğurla inkişaf edən və perspektivli sahəsi olan nəqliyyat və tranzit daşımalar sahəsindən danışıb.

Son xəbərlər
Digər xəbərlər