5 C
Baku
Saturday, December 14, 2024

Ötən il SOCAR rəhbərliyinə fəaliyyətlərinə görə 1.34 milyon manatlıq mükafat ödənilib

2021-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezident və vitse-prezidentlərinə ödənilən mükafat məbləği açıqlanıb.

Bu barədə Banker.az  şirkətin illik audit hesabatına istinadən xəbər verir.

Ötən il onlara 1 milyon 342 min manatlıq mükafat ödənilib. Bu da öncəki ildən 34 min manat, yaxud 2.5% azdır.

Qeyd edilir ki, SOCAR-ın əsas rəhbərliyinə SOCAR-ın prezidenti, onun 1-ci vitse-prezidenti və 13 vitse-prezident daxildir.  Şirkətin bütün əsas rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir.

Beləliklə, ortalama hər bir rəhbərliyə 103.23 min manatdan çox düşür.

Rəydə qeyd edilir ki, əsas rəhbər şəxslər təsdiq edilmiş əmək haqqı matrisinə uyğun olaraq SOCAR-ın əmək haqqı və müavinətləri, habelə dövlət şirkətinin bəzi şirkətlərində Direktorlar Şurasının üzvləri kimi fəaliyyət göstərdikləri üçün mükafat almaq hüququna malikdirlər.

SOCAR-ın prezidenti və bəzi üzvləri cari ilin birinci rübündə dəyişdirilib. 2021-ci ilin hesabatı sabiq prezident Rövnəq Abdullayevin rəhbərliyi dövrünü əhatə edir.

Son xəbərlər
Digər xəbərlər