10 C
Baku
Thursday, December 12, 2024

Ötən il sonu kreditlər üzrə orta faiz dərəcəsi yüksəldi

Ölkədə kreditlər üzrə orta faiz dərəcəsi manatla 14,44%, xarici valyuta ilə 14,52% təşkil edib.

Banker.az saytının Mərkəzi Banka istinadən verdiyi xəbərə əsasən, daha öncəki aylarda kreditlər üzrə orta faiz dərəcəsi yuxarı qalxıb.

Həmçinin hüquqi şəxslər üzrə kreditlərin orta faiz dərəcəsi manatla 11,57%, xarici valyuta ilə 10,89%, fiziki şəxslər üzrə isə manatla 18,34%, xarici valyuta ilə isə 20,75% təşkil edib.

Qeyd edək ki, ötən il ərzində kreditlər üzrə orta faiz dərəcəsinin ən aşağı göstəricisi manatla 13,90%-lə 01.05.2013 tarixində, ən yuxarı faiz dərəcəsi isə 15,35%-lə 01.02.2013 tarixində qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər