11 C
Baku
Wednesday, December 11, 2024

Ötən il Şuşaya gələn turistlərin sayı açıqlanıb

Ötən il Şuşa şəhərinə 1 133 turist səfər edib.

Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

İlk turizm məqsədli səfər ötən ilin martın 18-də Şuşa şəhərinə təşkil olunub. 40 nəfərdən ibarət olan ilk heyətin səfəri iki günlük idi.

Tur çərçivəsində yerli turistlər Şuşa şəhərində Cıdır düzünü və Molla Pənah Vaqifin Muzey-Məqbərə Kompleksini ziyarət edib, Şuşa qalası, Şuşa qalasının Gəncə qapısını və “Xarı Bülbül” simvolunu, Yuxarı Gövhər Ağa məscidini, Aşağı Gövhər Ağa məscidini, eləcə də Bülbülün ev-muzeyini, Çuxur məhəllədə yerləşən abidələri, Merdinli məhəlləsini, Sadıqcanın evini, “Güllələnmiş büstlər” olan meydanı, Xurşidbanu Natəvanın sarayını, şairənin vəsaiti hesabına inşa edilmiş bulağı, Üzeyir Hacıbəylinin heykəlini və Natəvanın malikanəsinin ərazisini ziyarət ediblər.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə səfər etmək üçün ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Fevralın 21-nə qədər ümumilikdə 691 reys həyata keçirilib, 28 227 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər