Tacikistan və Azərbaycan arasında ticarət əlaqələri sürətlə dərinləşir. 2022-ci ildə ölkələr arasında ticarət dövriyyəsi təxminən 6.5 milyon dollar təşkil edib.
Bu barədə Tacikistanın Dövlət İnvestisiya Komitəsinin rəhbəri Saadi Kadirzoda məlumat verib.
Düşənbədə keçirilən Tacikistan-Azərbaycan İnvestisiya Forumunda iki dövlətin qarşılıqlı ticarət və malların tranziti göstəricilərinin artırılması üçün böyük potensiala malik olduğu vurğulanıb.