9 C
Baku
Sunday, February 8, 2026

Ötən il transferlərə ən çox pul xərcləyən klubun adı açıqlanıb

Ötən il dünyada transferlərə ən çox pul xərcləyən futbol klubları məlum olub.

FIFA-nın hesabatına əsasən, İngiltərə Premyer Liqası klubları siyahıda üstünlük təşkil edib.

İlk üçlükdə “Mançester Siti”, “Liverpul” və “Çelsi” klubları yer alıblar. Almaniyanın “Bavariya” klubu dördüncü, “Leypziq” isə beşinci pillədə qərarlaşıb.

Hesabata görə, ingilis klubları transfer xərclərinə görə keçən il lider olublar – 3.82 milyard dollar, o cümlədən transfer ödənişləri həcminə görə də birinci olublar – 1.77 milyard dollar.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər