8 C
Baku
Monday, November 18, 2024

Ötən il Türkiyə iqtisadiyyatı 5.6% böyüyüb

2022-ci ildə Türkiyədə ümumi daxili məhsul (ÜDM) istehsalı 5.6% böyüyərək 15 trilyon 6 milyard 574 milyon TL və ya 905 milyard 501 milyon dollar təşkil edib.

Ötən il Türkiyədə adam başına düşən ÜDM istehsalı 178 min 589 TL və ya 10 min 655 dollara bərabər olub.

Qeyd edək ki, ötən il Türkiyədə maliyyə və sığorta sektoru 21.8%, xidmət sektoru 11.7%, sənaye isə 3.3% böyüyüb.

Xatırladaq ki, 2022-ci ildə məhsul və xidmət ixracı 9.1%, idxalı isə 7.9% artıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər