7 C
Baku
Tuesday, January 14, 2025

Ötən il Türkiyə iqtisadiyyatına qoyulan investisiyanın həcmi açıqlanıb

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə iqtisadiyyatına 9,6 milyardlıq birbaşa xarici investisiyalar qoyulub.

Bu barədə Türkiyə Beynəlxalq İnvestorlar Assosiasiyasının (YASED) məlumatlarında bildirilib.

YASED-in statistikasına görə, 2002-ci ilin əvvəlindən 2024-cü ilin sonuna qədər Türkiyəyə birbaşa xarici investisiyaların ümumi həcmi 273 milyard dolları keçib.

Üstəlik, 2024-cü ilin noyabr ayında Türkiyə iqtisadiyyatına xarici investisiya axını 1 milyard 139 milyon dollar təşkil edib.

2024-cü ildə Türkiyəyə qoyulan investisiyaların həcminə görə dünya regionları siyahısında Avropa İttifaqı bütün investisiyaların 64 faizi ilə birinci olub.

Ötən il Türkiyə iqtisadiyyatına investisiya yatıran əsas 3 ölkəyə Niderland (20 faiz) başçılıq edib. Siyahıda sonrakı yerlərdə Almaniya (13 faiz) və ABŞ (11 faiz) qərarlaşıb.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər