Türkiyənin Türk Dövlətləri Təçkilatına üzv olan digər ölkələrə ixracı ötən il 2022-ci ilə nisbətən 14.2 faiz artaraq 6.8 milyard dollara çatıb.
Bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.
Məlumata əsasən, sözügedən dövrdə ən çox məhsul ixrac edilən ölkə Azərbaycan olub – 2.4 milyard dollar. Türk şirkətləri Qzaxıstana 1.7 milyard, Özbəkistana 1.6 milyard, Qırğızıstana 1 milyard dollarlıq ixrac həyata keçiriblər.
Bundan əlavə, Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrə ən çox ixracı kimyəvi maddələr və məhsullar sektoru edib.