Ötən il Ünvanlı Dövlət Sosial Yardımı (ÜDSY) alan ailələrin sayı 47 min ailə və ya 202 min ailə üzvü olub.
Banker.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi illik hesabatda məlumat verilir.
Bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği ümumilikdə sosial yardım alan ailələr
üzrə 280 manat təşkil edib. Bu göstərici isə 2020-ci illə müqayisədə 17% çoxdur.







