2021-ci il ərzində ümumi dəyəri 287,7 mln. manat olan 1 902 layihəyə 130,6 mln. manat güzəştli kredit verilib.
“APA-Economics” xəbər verir ki, bunu Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin vəzifələrini icra edən Osman Xaliyev Fondun fəaliyyətinin 2021-ci ilin yekunlarına dair mətbuat konfransında çıxış edərkən deyib.
Onun sözlərinə görə, verilən güzəştli kreditlər sayəsində 3 213 yeni iş yerinin yaradılması planlaşdırılır.
“Verilən kreditlərin orta kredit məbləği 68,6 min manat təşkil edib. Verilən kreditlərin 46%-i və ya 60,4 mln. manatı kiçik və orta kreditlərin payına düşüb”,- deyə O. Xaliyev qeyd edib.