15 C
Baku
Friday, March 29, 2024

Ötən il xaricdən ən çox sifariş verilən 10 Azərbaycan məhsulu

2021-ci ilin yanvar-dekabr aylarında Azexport.az portalına 496.1 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2021-ci ilin dekabr ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 60.8 milyon ABŞ dolları təşkil edib.

2021-ci ilin dekabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq yağı, toyuq əti, buğda kəpəyi, alma, şərab, noxud, xurma, pomidor, kartof, qənnadı məhsulu və s. mallara daxil olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 31 dekabr tarixinə kimi (60 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 2.7 milyard ABŞ dolları təşkil edib.

Son xəbərlər
Digər xəbərlər