14 C
Baku
Monday, October 28, 2024

Ötən il “Zirə” klubunun xalis mənfəəti azalıb

Bakının “Zirə” Peşəkar Futbol Klubu cari mövsümdə ölkənin ən titullu futbol turnirində gümüş medal əldə etməklə paralel 2023-cü ili xalis mənfəətlə əldə etdiyi məlum olub, lakin bu xalis mənfəət öncəki ildən xeyli zəif nəticədir.

Banker.az xəbər verir ki, “Zirə” PFK ötən il 5.65 mln. manat əsas fəaliyyət istiqamətindən gəlir əldə edib. Əsas fəaliyyət gəlirləri illik nisbətdə 12 faiz artıb.

“Zirə” klubu keçən il oyunçulara 5.19 mln. manat əməkhaqqı verib. Öncəki ildə bu rəqəm 3.16 mln. idi.

Klubun bütün xərclər və gəlirlər fərqindən sonra 53 min xalis mənfəət əldə etdiyi məlum olub. 2022-ci ili isə 229 min manat xalis mənfəətlə tamamlamışdı.

“Zirə” klubu Azərbaycan çempionatında 2014-cü ildən bu tərəfə 3 titul əldə edə bilib: 2 gümüş, 1 bürünc.

zr

Son xəbərlər
Digər xəbərlər