Ötən ili zərər edən Göygöl Şərab Zavodunun (Xan) İdarə Heyətinin sədri dəyişib.
Banker.az xəbər verir ki, səhmdarların qərarı ilə İsmayıl Bəkirov Müseyib oğlu “Göygöl Şərab Zavodu” ASC-nin İdarə Heyətinə sədr seçilib.
Buna qədər bu vəzifədə Ələsgər Yahyayev Cabir oğlu idi.
“Göygöl Şərab zavodu” ASC 16 sentyabr 2005-cı il tarixindən səhmdar cəmiyyət kimi fəaliyyət göstərir. Əsas səhmdarı 99.88% payla “Vinagro” MMC-dir. “Vinagro” MMC-nin təsisçisi nizamnamə kapitalında 100% payla Həsənov Rafiq Həsən oğludur.
Zavod hazırda vodka, şərab, brendi (konyak) və şampan istehsal edir. Onun brendlərinə “Göygöl”, “Xan” və “Qarabağ” kimi brendlər daxildir.
Zavodun gəlirləri 2022-ci ildə əsas əməliyyat gəlirləri 15 milyon 52 min manat (əvvəlki ilə nisbətən 15% az), əməliyyat xərcləri 16 milyon 667 min manat (8% az) təşkil edib. Ötən ili 789 min manat həcmində zərər etmişdi.