2021-ci ilin 11 ayında (yanvar-noyabr) Azərbaycandan 140 milyon 582 min dollar dəyərində 129 min 631 ton pomidor ixrac olunub. 2020-ci ilin 11 ayında Azərbaycandan 190 milyon 390 min dollar dəyərində 175 min 978 ton pomidor ixrac edilmişdi.
Banker.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı 2020-ci ilin 11 ayı ilə müqayisədə 2021-ci ilin 11 ayında dəyər ifadəsilə 26.2% və miqdar ifadəsilə də 26.3% azalıb.
2021-ci ilin 10 ayında (yanvar-oktyabr) Azərbaycandan 129 milyon 652 min dollar dəyərində 120 min 342 ton pomidor ixrac olunub. Beləliklə, noyabr ayında ixrac demək olar ki, dayanıb (Noyabr – 10 milyon 930 min dollarlıq 9 289 ton pomidor ixrac edilib).
Xatırladaq ki, oktyabrda 1 milyon 409 min dollarlıq 1 204 ton, sentyabrda 31 min dollarlıq 34 ton pomidor, avqustda isə 51 min dollarlıq 64 ton pomidor ixrac edilib.