10 C
Baku
Wednesday, December 11, 2024

Ötən ilin son rübündə POS-terminallarla ödəniş 13% artdı

2020-ci ilin dördüncü rübü ərzində pərakəndə ticarət dövriyyəsi (ƏDV və aksiz vergisi daxil olmaqla) 2 milyard 418.54 milyon manat (il üzrə 8 mlrd. 477.12 mln. manat) olub.

Banker.az xəbər verir ki, əhalinin ərzaq malları, içkilər və tütün məmulatları üzrə xərci 645.46 milyon manat (il üzrə 2 mlrd. 538.7 mln.) təşkil edib.

Ölkədə e-ticarət üzrə 29.48 mln. manat dövriyyə olub. Qeyd edək ki, bu ilin üçüncü rübündə 30.72 mln. manat idi. İllik dövriyyə isə 95.95 mln. manat olmuşdur.

Pərakəndə ticarətdə POS-terminal vasitəsilə ödənişlər həcmi 275.25 mln. manat təşkil edib. Öncəki rüblə müqayisədə 13% artıb. Bu ilin üçüncü rübündə 243.23 mln. manat idi. 2020-ci il üzrə isə POS-terminallarla ödəniş həcmi 899.02 mln. manat olub.

Son xəbərlər
Digər xəbərlər