9 C
Baku
Sunday, December 21, 2025

Ötən ilin sonuna bank aktivlərinin 33% hissəsi likvid olub

Azərbaycanın bank sektorunun 2020-ci ildə cəmi aktivlərin 32.9%-i likvid aktivlər olub.

Banker.az xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Sözügedən aktivlərin həcmi 10.5 mlrd. manata bərabər olub və sektorun ani likvidlik əmsalı 60.9% təşkil etməklə minimum tələbi (30%) 2 dəfə üstələyib. Bankların likvid aktivlərinin 53%-i (3.3 mlrd. ABŞ dolları) xarici valyutada olub.

Qeyd edək ki, likvid aktivlərin 31.4%-i (3.3 mlrd. manat) nostro hesablarda, 27.7%-i (2.9 mlrd. manat) Mərkəzi Bankda olan müxbir hesablarda, 26.4%-i (2.8 mlrd. manat) dövlət qiymətli kağızlarında, 14.5%-i isə (1.5 mlrd. manat) nağd vəsaitlərdə olub.

Xatırladaq ki, Azərbaycan bank sektorunun cəmi aktivləri 2020-ci il ərzində 2% azalaraq 2021-ci ilin yanvarın 1-nə 32 055.30 mln. manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər