Texnologiya şirkətinin Azərbaycan Respublikasındakı filialı bağlanır.
Banker.az xəbər verir ki, “Mikenopa Eastern Europe A.S” ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1078 Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 102 A, mənzil 9-cu mərtəbə ünvanına bildirə bilərlər.
Bildirək ki, Mikenopa şirkəti Mərkəzi, Şərqi və Cənubi Avropa, Rusiya, Çexiya, Azərbaycan, Yunanıstan, Qazaxıstan, Sinqapur və Slovakiyada həm qlobal otel şəbəkələri, həm də fərdi otellər üçün texnologiya xidmətləri təminatçısıdır.