13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Otellərə ulduz verilməsi üçün rüsumun məbləği açıqlandı

faizlere

“Son illər ərzində Azərbaycanda otelçilik sahəsində çox böyük işlər görülüb”.

Bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Turizm Bürosunun (ATB) Baş icraçı direktoru Florian Zenqstşmid deyib.

F.Zenqstşmid otellərin ulduz alması proseslərindən də danışıb:

“Otellər ulduz əldə etməsi üçün bütün şərtlər saytımızda göstərilib. Otellərin müraciətindən sonra auditorlarımız oteldə yoxlama aparır və hər hansı çatışmazlıq aşkar edilərsə otel rəhbərliyinə həmin natamamlığı aradan qaldırmaq üçün müəyyən vaxt verilir. Əgər bu kiçik çatışmazlıqdırsa otelə 6 aya qədər vaxt verilir. Amma daha böyük problemi aradan qaldırmaq üçün 12 aya qədər vaxt verilir. DTA-nın qərarı ilə razılaşmayan otellər müstəqil apeliyasiyaya müraciət edə bilərlər”.
ATB rəsmisi rüsumu da açıqlayıb: “Otellərə ulduz verilməsinə görə, rüsum 800 manatdan başlayır. Karantin dövründə otellərə bu rüsum güzəşt edilir və sertifikat 3 illik veriləcək”.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Report
Son xəbərlər
360 380
Oxşar xəbərlər