13 C
Baku
Saturday, May 18, 2024

Otellərin “kirli” sirləri

Bizlərdən hər birimizin nadir hallarda və yaxud tez-tez otellərdə qalmalı olduğundan asılı olmayaraq, bir çoxumuz otellərə səfər etmişik. Həmin otellerin 5 və yaxud 2 ulduzlu olmaqlarından asılı olmayaraq hər birinin müştərilərdən gizlədiyi ortaq sirləri vardır. Bu “kirli” sirlərdən bəziləri ilə tanış olaq.

Çemodan üçün xüsusi “stol”

Birələr və tarakanlar insanların daimi yol yoldaşlarıdır və onunla birgə çantasında, çemodanında və digər əşyalarında onunla birgə səyahət edirlər. Buna görə də, öz dəyərli baqajınızı onun üçün xüsusi olaraq nəzərdə tutulmuş yerə qoymayın. Axı məlum deyil ki, sizdən əvvəl ora qoyulan çanta və yaxud çemodanlarda bu həşəratlardan olmayıb.

Odeyal və yataq dəstləri

Odeyal və yataq dəstləri oteldə qalan hər kəsin mütləq olaraq toxunduğu əşyalardandır. Qaydalara əsasən, mütəmadi olaraq onlar yuyulmalı və təmizlənməlidir. Lakin otellərin əksəriyyəti bunu etmirlər. Bu səbəbdən də, otelə yerləşərkən ilk olaraq bunların təmizliyi ilə maraqlanın.

“Qlazok”

Əsas olaraq qonaqların təhlükəsizliyi üçün nəzərdə tutulmuş qlazok əslində böyük təhlükə rolunu oynaya bilər. Portativ gizli kameranl məhz orada gizlətmək  şantaj və s. hallar üçün ən yaxşı varinatdır. Bu cəhətə də diqqət yetirmək mütləqdir.

Dəsmal

Əgər qaldığınız mehmanxana və yaxud otel ucuzdursa və sizdən əvvəlki sakinlər dəsmalları çox çirklətməyiblərsə otel işçiləri onları yeniləri ilə əvəz etməyə bilər. Buna görə də, ən yaxşısı onları istifadə etməmək və özünüzlə dəsmal gətirməyiniz məsləhətdir.

Televizorun, kondisionerin, musiqi cihazlarının və s.nin pultu

Bütün mövcud texnikanın pultu oteldə ola biləcək ən çirkli və mikroblu əşyalardır. Aydındır ki, onları təmizləmək otel işçilərinin ağlına ən son gələn cəhətdir və təmizləmək də elə də asan deyil. Buna görə də, pultdan istifadə etmədən öncə onu sellofan paket ilə örtməyiniz və daha sonradan istifadə etməyiniz məsləhətdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər