13 C
Baku
Friday, March 29, 2024

Otellərin dəyərinə görə ölkələrin reytinqi

İtar-tass agentliyinin verdiyi məlumata əsasən Britaniyanın Hogg Robinson turizm kompaniyası marketinq araşdırması həyata keçirib, araşdırma nəticəsində dünyanın ən bahalı otellərinin yerləşdiyi 50 şəhərin adı müəyyən olunub. Çoxlarının təəccübünə səbəb olsa da  siyahıya Moskva başçılıq edir, o öz otellərinin bahalığına görə 50 ölkə arasında liderdir və onun liderliyi artıq 8 ildir ki, davam edir. 

Beləliklə, Rusiya paytaxtında beynəlxalq standartlı mehmanxanada bir gecə qalmağın qiyməti bir adam üçün təqribən, orta hesabla 258 funta (405 dollara) bərabərdir. Qeyd edək ki, ötən illə müqayisədə qiymətlər 1% enmişdir.

 Mütəxəssislər bunu onunla izah edirlər ki, Moskvada otel və mehmanxana çatışmazlığı müşahidə olunur, bu zaman tələb təklifi üstələyir, ona görə də otel xidmətlərinə olan tələbat artdığı üçün də qiymətlər belə baha olur.

 Laqos

 İkinci pillədə Nigeriyanın Laqos şəhəri dayanır –yerli otellərə baş çəkmək istəyən turistlərin ödəməli olacağı məbləğ orta hesabla 217 funt (340 dollar) təşkil edir. Mütəxəssisləri izah edir ki, otellərin belə bahalı olması Nigeriyaya işgüzar səfərə və ya səyahətə gələn şəxslərin həddindən artıq zəngin olması ilə əlaqədardır.

Ölkə neft yataqları ilə zəngin olduğu üçün, bura gələn ziyarətçilərin əksəriyyəti beynəlxalq neft kompaniyalarının təmsilçiləridir. Ölkədə olan qeyri-stabil vəziyyət isə onları bahalı və etibarlı təhlükəsizlik sistemi olan otelləri seçməyə məcbur edir.

Cenevrə

 Üçüncü və dördüncü yerlər İsveçrə şəhərlərinə məxsusdur – Cenevrə və Sürix. Müvafiq olaraq 215 funt (337 dollar) və 211 funt (330 dollar).

Rio-de-Janeyro

rio de

 Beşinci yerdə günəşli və çox güman ki, gələcək Olimpiya şəhəri olan Rio-de-Janeyro yerləşir, burada mehmanxanaların dəyəri 204 funta (320 dollara) çatır. Kosmopolitan Nyu-York şəhəri isə siyahıda altıncı pilləni tutmuşdur , burda bir sutka ərzində bir nömrənin qiyməti 203 funtdur (318 dollar).

Sidney

  Daha sonra isə Avstraliyanın nəhəng şəhəri olan Sidney gəlir- 198 funt (310 dollar).

Honkonq

 Səkkizinci yerdə Honkonq yerləşir -194 funt (304 dollar).

Paris

  Doqquzuncu pillədə 193 funt (302 dollar) ilə Paris şəhəri yerləşir.

Vaşinqton

Onluğu ABŞ-ın paytaxtı Vaşinqton bağlayır. Burada bir gecəlik qonaq qalmaq sizə 191 funta (299 dollar) başa gələcək.

Maraqlıdır ki, Mercer Human Resource qrupunun  versiyasına əsasən 2012-ci ilin turistlər üçün ən bahalı şəhəri seçilmiş Tokio siyahıda cəmi 14-cü yeri tutub. Burada bir nömrənin bir adam üçün bir gecəlik qiyməti 177 funt (277 dollar) təşkil edir

İtaliyanın paytaxtı –Roma 167 funt(261 dollar ilə) 19-cu pillədə qərar tutmuşdur.

20-ci pillədə isə Türkiyənin İstanbul şəhəri yer alıb -165 funt (258 dollar). London 164 funt (257) dollar ilə 21-ci yerdə gəlir. Nə qədər qəribə və az inandırıcı olsa da Dubay -162 funt (254 dollar) ilə 22-ci yeri tutmuşdur.

Hindistanın Mumbai şəhəri (keçmiş Bombey) 30-cu yeri – 137 funt (214 dollar), Çinin paytaxtı Pekin 33-cü yeri – 131 funt (205 dollar), Almaniyanın paytaxtı Berlin isə 119 funt (186 dollar) ilə 36-cı yeri tutmuşdur. 38-ci yerdə 112 funt (175 dollar) ilə İspaniyanın Barselona şəhəri, axırdan öncəki 49-cu pillədə Şotlandiyanın paytaxtı olan Edinburq  – 89 funt (139 dollar) ilə yerləşir. Siyahının sonuncusu Şimali İrlandiyanın paytaxtı Belfast şəhəridir. Burada turistlər oteldə bir gecə keçirmək üçün cəmi 87 funtdan (136 dollar)  keçməli olacaqlar.

Son xəbərlər
Digər xəbərlər