6 C
Baku
Monday, December 16, 2024

OTIF-ın Baş katibi işğaldan azad edilmiş ərazilərə səfər edəcək

Dəmir Yolu ilə Beynəlxalq Daşımalar üzrə Hökumətlərarası Təşkilatın (OTIF) Baş katibi Volfqanq Küpper ölkəmizə səfərə gəlib.

Banker.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində Baş katib nazir Rəşad Nəbiyevlə görüş keçirib. Görüşdə Azərbaycan – OTIF əməkdaşlığı, ölkəmizin nəqliyyat-tranzit imkanları və dəmir yolu sahəsində həyata keçirilən islahatlar müzakirə olunub.

Qonağa Zəngəzur Dəhlizinin bir hissəsi olan Horadiz – Ağbənd dəmir yolu xətti ilə bağlı məlumat verilib, layihənin regional əhəmiyyəti vurğulanıb.

Nazirlikdən verilən məlumata əsasən, iyulun 20-də Baş katib Volfqanq Küpperin işğaldan azad edilmiş ərazilərə səfər etməsi, o cümlədən Horadiz – Ağbənd dəmir yolu xəttinin tikintisi ilə tanış olması nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər