11 C
Baku
Thursday, April 17, 2025

Otlaqlarının təyinatının dəyişdirilməsi proseduru müəyyənləşib

Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin məqsədli təyinatının dəyişdirilməsi proseduru müəyyənləşib.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında” qərarında dəyişiklik edib.

Qərara əsasən, yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin məqsədli təyinatının dəyişdirilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”na əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə həyata keçiriləcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər