2020-ci ildə Azərbaycan xaricə 607 milyon 511 min ABŞ dolları dəyərində 606 min 556 ton meyvə-tərəvəz ixrac edib.
Banker.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu il ilə müqayisədə 1 milyon 695 min ABŞ dolları artım və yaxud 21 min 954 ton azalma deməkdir.
Belə ki, 2019-cu ildə Azərbaycandan dəyəri 605 milyon 816 min ABŞ dolları olan 628 min 510 ton meyve-terevez ixrac edilib.
Azərbaycanın idxal etdiyi meyve-terevez 2020-ci ildə 363 min 144 ton olub ki, bunun da dəyəri 203 milyon 770 min ABŞ dolları təşkil edib. Qeyd olunan dövrdə Azərbaycan meyve-terevez idxalını 9 milyon 379 min ABŞ dolları və ya 17 min 402 ton artırıb.