27 C
Baku
Saturday, June 29, 2024

Ouen Harriotun hiyləsi

Bu astronavt 1973-cü ildə «Skayleb» heyətinin tərkibində kosmik stansiyasında çalışırdı. Uçuşa yola düşməmişdən əvvəl o, özü ilə diktofon götürür. Bu diktofona Kosmosda həyat yoldaşının səsini eşitmək üçün Ouen Harriot öncədən evdə onun bir neçə ifadəsini bu diktafona yazmışdı. Bir dəfə idarə etmə Mərkəzi ilə əlaqə yaradanda o, zabit Robert Krippena bir hiylə oynamağa qərar verir. Ouen ötürücüyə diktofonu yaxınlaşdırır və diktofonu işə salır. Nəticədə stansiya və mərkəz arasında belə bir dialoq baş tutur :

– «Skayleb», danışan Hyustondur, siz məni eşidirsiniz?

– Salam, Hyuston, – deyə mülayim qadın səsi cavab verir. – «Skayleb» eşidir.

Yer üzündəki zabit heyrətə gəlir. Və dəqiqləşdirmək qərarına gəlir.

– Ötürücüdə kimdir?

– Bob, bu Helendir, Ouenin həyat yoldaşı.

Baş verənləri anlamaq üçün Bob bir müddətliyinə susur və daha sonra soruşur:

– Sən orada nə edirsən?

– Burdakılara təzə, ev yeməyi bişirmək qərarına gəlmişəm. – deyə Helen onu «sakitləşdirir».

Yer üzü bir dəqiqəyə yaxın susdu. Sonra isə əlaqəni kəsdi. Yəqin ki, zabitin əsəbləri buna tab gətirmədi.

Son xəbərlər
Digər xəbərlər