10 C
Baku
Saturday, November 23, 2024

Overçuk deyir ki, Azərbaycanla Ermənistan arasında sülhə alternativ yoxdur

Biz Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupu formatında görüşdük və nəticədə hərtərəfli sənəd formalaşdırıldı.

Bu barədə Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

O bəyan edib ki, regionda nəqliyyat əlaqələrinin açılması Arazdəyən – Culfa – Mehri – Horadiz marşrutu ilə gedəcək dəmir yolunun bərpası ilə başlayacaq və tərəflərin suverenliyinə hörmət əsasında əsas yanaşmaları müəyyənləşdirəcək.

Overçuk Azərbaycanla Ermənistan arasında sərhədi keçmə qaydasına da münasibət bildirib.

“Bu yolun ayrı-ayrı hissələri hər bir ölkənin yurisdiksiyasında olacaq. Belə ki, bu yola münasibətdə Azərbaycanda Azərbaycan qanunvericiliyi, Ermənistanda isə Ermənistan qanunvericiliyi tətbiq olunacaq. Bunlar göz qabağındadır, lakin iki dövlət və xalq arasında yaranmış münasibətləri nəzərə alaraq, bütün bunlar şərtləndirilməlidir. Lakin iki ölkə sərhədində hələ də silahlı toqquşmalar baş verir və insanlar ölür. Əlbəttə, mənim həmkarlarım üçün belə bir şəraitdə işləmək çox çətindir”,- deyə Overçuk bildirib.

Azərbaycan və Ermənistan arasında sülhə alternativ yoxdur və sülhə nail olmağın ən yaxşı yolu insanların bu yolla qarşılıqlı əlaqəsi üçün imkanlar açmaqdır.

Overçuk bildirib ki, baş nazirin müavinlərindən ibarət üçtərəfli işçi qrupumuz özünəməxsus münasibətlər formatı işləyib hazırlayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər