Overçuk: Rusiya Azərbaycanla iqtisadi əlaqələrin pozulmasında maraqlı deyil

Rusiya və Azərbaycan iqtisadi əlaqələri inkişaf etdirir və dəstəkləyir, heç kim onları pozmaqda maraqlı deyil.

Bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk “Rossiya-1” telekanalına bildirib.

“Ümumiyyətlə, Azərbaycanla iqtisadi əlaqələrimiz inkişaf edir və bu əlaqələr dəstəklənir, heç kim onları pozmaqda maraqlı deyil”, – o qeyd edib.