12 C
Baku
Wednesday, December 11, 2024

Overnight Index Swaps (OIS) nədir?

Overnight Index Swaps (OIS) çox güman ki, heç də nahar süfrəsi arxasında aparılan söhbətin əsas mövzusu deyil, çox yəqin ki, bu termin maliyyə bazarları haqqında diskussiya aparan zaman da sizin qarşınıza çıxmaya bilərdi.

Amma buna rəğmən, o, başa düşülməsi çox vacib olan bir konsepsiyadır, çünki OİS market indikatorunda həyati vacib rol oynayır, bir sıra iqtisadçılar və analitiklər kredit bazarının durumunu qiymətləndirmək üçün hər gün bu göstəriciyə nəzər salır. Beləliklə, gəlin OİS-in nədən ibarət olduğuna nəzər salaq.

Overnight Index Swaps (OIS)

Overnight Index Swaps OİS elə bir alət növüdür ki, maliyyə institutlarına digər maliyyə təşkilatlarından götürdükləri kreditlərin şərtini dəyişmədən və ya yenidən maliyyələşdirmə zərurəti olmadan faiz dərəcələrini dəyişmək (mübadilə etmək) imkanı verir. Bir qayda olaraq, iki maliyyə təşkilatı Overnight Index Swap yaratdıqda institutlardan biri overnayt faiz dərəcəsini təqdim edir, digəri isə sabit qısa müddətli faiz dərəcəsini və onlar bu faiz dərəcələrini bir-biri ilə dəyişirlər. Bu sizə bir az qəribə səslənə bilər, amma sizə bu sistemin necə işlədiyini göstərməyə çalışacağıq.

Təsəvvür edin ki, №1 maliyyə institutunu on milyon dollar kredit borcu var və o, bu məbləğə görə kredit faizləri overnayt faiz dərəcələrinə əsasən hesablanır. Digər tərəfdən isə, № 2 maliyyə təşkilatının da 10 milyon dollar kredit borcu vardır, lakin onun faiz dərəcələri qısa müddətli sabit 2% dərəcəsinə uyğun əsaslanır.

Amma belə məlum olur ki, №1 maliyyə institutu kredit üzrə sabit faiz dərəcəsini ödəməyə daha çox razı olardı və əksinə №2 maliyyə institutu isə overnayt dərəcəsi əsasında hesablanan dəyişkən faiz dərəcələrini ödəməyə daha çox üstünlük verərdi.

Amma institutlardan heç biri yeni kredit almaq və ya krediti təkrar maliyyələşdirmək, həmçinin cari kreditin şərtlərini yenidən nəzərdən keçirmək istəmir. Bu zaman bu iki müəssisə bir-biri ilə öz overnayt indekslərinin svopunu (OİS) yarada bilər.

Svop tərtib etmək üçün, hər iki institut öz öhdəliklərini yerinə yetirməyə davam edəcək, amma müəyyən edilmiş müddətin –bir ay, üç ay və s sonunda az faiz ödəmiş (və ödənişi başa çatdırmış) tərəf digər tərəfə həmin faizlər fərqini ödəyəcək. Məsələn nömrə № 1 müəssisə öz krediti üzrə orta hesabla 1,7% ödəməklə krediti başa vurur, № 2 müəssisə krediti orta hesabla 2% dərəcə ilə başa vurur. Müəssisə № 2 digər müəssisəyə 0,3%nin ekvivalentini (2,0 – 1.7 = 0.3) ödəməlidir. Çünki onların razılıqlarına əsasən onlar faiz dərəcələrini yerini dəyişiblər.

Əlbəttə əgər müəssisə № 1 orta hesabla 2,2% dərəcəsi ödəmiş olsaydı, müəssisə № 2-nin ödənişi isə yenə orta hesabla 2% təşkil etsəydi, bu dəfə aradakı faiz fərqini ikinci müəssisə ödəməli olacaqdı. Bu fərq 02,% (2,2 – 2.0 = 0.2), təşkil edir, belə ki, onların aralarında olan razılığa əsasən onlar faiz dərəcələrini bir-biri ilə dəyişmişlər.

The overnight index swap (OIS) bazarı kifayət qədər genişdir, bu bazarda müşahidə olunan hərəkətlər dünya maliyyə bazarlarında nə baş verdiyini başa düşməyə çalışan iqtisadçılara və analitiklərə çoxlu informasiya təqdim edə bilər. Analitiklərin diqqət yetirdiyi informasiyanın ən vacib hissəsi dəyişkən faiz dərəcəli kreditlərə malik olan müəssisələrin hansı faiz dərəcələrini ödəməsi haqqında bilgilər təşkil edir.

Hər bir müəssisənin bir az fərqli faiz dərəcəsi ödədiyi halda hansı dərəcədən istifadə etməyi necə müəyyən etməklə bağlı sualın cavabı onların öz ödənişlərini həyata keçirmək üçün günün hansı saatını seçməsində dayanır. Gördüyünüz kimi overnayt dərəcəsi gün ərzində dəyişir, məsələn sizin səhər saat 6-da ödəyiniz faiz dərəcəsi ilə saat 11-də ödədiyiniz dərəcədən fərqli olacaqdır.

Bu məsələni həll etmək üçün, overnight index swap hər gün təyin olunur. Bu dərəcə overnayt faiz dərəcələri ödəyən kredit müəssisələrinin həmin gün ərzindən ödədiyi faizlərinin ortaq göstəricisi əsasında müəyyən olunur.

Overnight Index Swap dərəcəsi bizə nə deyir?

Özlüyündə Overnight Index Swap bizə lə də çox məlumat vermir –sadəcə biz həmin dərəcənin neçə olduğunu bilirik Amma siz overnayt indeksi dərəcəsini digər banklar arası kredit təklifi LİBOR dərəcəsi ilə kombinasiya etdikdə və LIBOR OIS birliyi sayəsində qlobal kredit bazarlarının durumuna nəzərə sala bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər