Oxfam: Dünyanın ən varlı insanları $3,55 trilyon vəsaiti vergidən gizlədib

Dünyanın müxtəlif ölkələrindən olan varlı şəxslər 3,55 trilyon dollara qədər vəsaiti vergidən gizlədə bilər — bu, qlobal ÜDM-in 3%-dən çoxuna bərabərdir. Bu məbləğin 80%-dən çoxu — 2,84 trilyon dollar — dünyanın ən varlı 0,1%-nin payına düşür.

Araşdırma yoxsulluq problemlərinin həlli ilə məşğul olan Böyük Britaniyanın xeyriyyə təşkilatlarının birliyi “Oxfam” tərəfindən aparılıb. Təşkilat yenidən dünya üzrə supervarlılar üçün əlavə vergilərin tətbiqinə və ofşorlar, eləcə də vergidən yayınmanın digər üsulları ilə mübarizədə ölkələr arasında koordinasiyanın gücləndirilməsinə çağırıb.

“Oxfam”ın məlumatları 2016-cı ildə jurnalistlər tərəfindən yayımlanmış və ofşor şirkətlərin sahibləri barədə məlumatları ehtiva edən “Panama sənədləri”nin dərcinin 10 illiyi münasibətilə təqdim olunub.

Son xəbərlər
Digər xəbərlər