26 C
Baku
Saturday, July 27, 2024

Oxford Universiteti “AstraZeneca” peyvəndinin təhlükəsiz olduğunu açıqlayıb

Oxford Universiteti ingilis-isveç əczaçılıq şirkəti olan “AstraZeneca” ilə birlikdə hazırladığı peyvəndin üçüncü sınaq mərhələsinin nəticələrini açıqlayıb.

Tədqiqatlar ABŞ, Çili və Peruda, müxtəlif yaş qruplarından olan 32 mindən çox könüllünün iştirakı ilə aparılıb. Onlara bir və ya dörd həftəlik ara ilə iki peyvənd vurulub. “Əldə edilən məlumatlar peyvəndin simptomatik Covid-19-a qarşı 79% effektiv oldüğünü göstərir”, – deyə mesajda deyilir.

Nəticələr həm də İngiltərə, Braziliya və Cənubi Afrikadakı araşdırmalardan əldə edilmiş məlumatları tamamlayır və bu peyvəndin tamamilə təhlükəsiz olduğunu təsdiq edir.

Eyni zamanda, “AstraZeneca” peyvəndi bir çox ölkədə müxtəlif yaşda olan insanlar arasında Covid-19-a qarşı yüksək effektivlik göstərib. Bu barədə preparatın tərtibatçılarından biri Sara Hilbert bildirib. “Ümid edirik ki, bunlar peyvəndin daha da geniş yayılmasına səbəb olacaq”, – deyə mütəxəssis söyləyib. Onun sözlərinə görə, vaksinasiyadan sonra insanlaırn sağlamlıq problemləri ilə üzləşmə halları həmişə olub, lakin bu, səbəbin dərmanda olduğu anlamına gəlmir.

Xatırladaq ki, 2021-ci ilin mart ayında bir sıra ölkələr “AstraZeneca” peyvəndindən imtina etdiklərini açıqladılar.  Bu, Avropa Dərman Agentliyinin (EMA) 5 milyon insan arasında 30 tromboemboliya hadisəsi olduğunu açıqlaması ilə əlaqələndirilir. Şirkət bunun səbəbinin peyvənddə olmadığını vurğulayır.

Son xəbərlər
Digər xəbərlər