18 C
Baku
Saturday, October 12, 2024

Oxucu və yazıçılar üçün “dərman”

Bir məşhur yazıçı insanların onun yanına məsləhət üçün gəlməklərindən danışır. Bu insanlar oxuduqları əsərdə anlamadıqları hissələrin onlara izah edilməsini xahiş edirdilər.

Yaxud da özləri yazdıqları kitabları gətirərək əsər haqqında bu təcrübəli şəxsin fikrini öyrənmək istəyirdilər. Bundan əlavə, digər insanlar da müxtəlif səbəblərlə ona müraciət etməkdən çəkinmirdilər.

Yanına kömək üçün gələn insanların çətinliyini görən yazıçı bir həkim qismində onlara kömək üçün “dərman” kimi – yeni bir kitab məsləhət görür və bu kitabı onlara təqdim edirdi.

Bu kitabın içərisində isə cəmi bir cümlə var idi və o təxmini olaraq bu formada idi:

“Hazırda bu cümləni oxumağa sərf etdiyiniz zamanı özünüz üçün daha faydalı ola biləcək başqa bir işlə məşğul olmaq üçün istifadə edə bilərsiniz”.

Son xəbərlər
Digər xəbərlər