8 C
Baku
Thursday, December 12, 2024

Oyun konsollarının defisiti 2022-ci ildə də davam edəcək

“Xbox”un rəhbəri Fil Spenser oyun konsollarının çatışmazlığının 2022-ci ilə də davam edəcəyini açıqlayıb.

Banker.az xəbər verir ki, “Konsol istehsal etmək üçün lazım olan bütün komponentləri əldə etmək və onları bazara çıxarmaq bu gün nə qədər çətin olduğunu düşündüyüm an məlum olur ki, bu prosesdə bir çox problemlər var”, – deyə Spenser qeyd edib.

Alıcıların sözlərinə görə, indi yalnız “Xbox Series X” deyil, həm də “PlayStation 5” konsolunu da tapmaq çətindir. Bu, bitkoin mayninqi üçün uyğun gələn “GeForce RTX” videokartlarının çatışmazlığı ilə əlaqəlidir.

Spenserin fikrincə, o, gələcək nəsil konsolları gözləyən narazı fanatları başa düşür. “Xbox” rəhbəri şirkətin tələbatı ödəmək və bazarı doydurmaq üçün çalışacağına söz verib.

Qeyd edək ki, 2021-ci il ərzində çiplərə olan tələb 2020-ci il böhranı fonunda rekord həddə çatıb. Yarımkeçiricilərin çatışmazlığı səbəbindən qlobal avtomobil sənayesi ciddi zərər görüb – pandemiya bu sahəyə 210 milyard dollara başa gəlib.

Buna baxmayaraq, “Tesla”nın Şanxay zavodu  2021-ci ilin yanvar ayından sentyabr ayına kimi demək olar ki, 300 min elektromobil buraxıb.

Son xəbərlər
Digər xəbərlər