24 C
Baku
Sunday, August 14, 2022

Özəl bankların kredit qoyuluşları azalıb

1 Aprel tarixində ölkədə özəl banklar tərəfindən verilən kreditlər azalıb

Banker.az Mərkəzi Banka istinadən məlumat verir ki, özəl banklar tərəfindən qoyulan kredit qoyuluşları 12632,0 mln manat təşkil edib ki, bud a ötən ay ilə müqayisədə 67.1 mln manat azdır. Ilin əvvəli ilə müqayisədə isə özəl bankların kredit qoyuluşları 658.4 mln manat, yəni 5.5% azalıb. Ötən ay ilə müqayisədə özəl bankların xüsusi çəkisi 61,2%-ə düşüb.

Dövlət bankları tərəfindən verilən kreditlər isə 7 440,8 mln manat təşkil edib ki, bu göstərici bir ay ərzində 2.1mln manat artıb. Dövlət banklarının xüsusi çəkisi isə 36,1%-ə yüksəlib.
Qeyri-bank kredit təşkilatları tərəfindən qoyulan kreditlər 559.5 mln manat xüsusi çəkisi isə 2.7% təşkil edib.

^3F93C6AEF869EEAA8EC4E87C4994340261C6EB1C4507484C3E^pimgpsh_fullsize_distr

Son xəbərlər
Oxşar xəbərlər